ELM VƏ TƏHSİL


AMEA YT Parkı ilə “Azərenerji” ASC arasında sürtkü yağlarının satın alınması ilə bağlı müzakirələr aparılıb

Bakı, 13 fevral, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru Nazim Şükürovun rəhbərlik etdiyi nümayəndə heyəti “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (ASC) olub, qurumun təchizat idarəsinin rəisi Rövşən Əsgərovla görüşüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə YT Parkda istehsal edilən neft-sürtkü materiallarının, sənaye və mühərrik yağlarının, həmçinin texniki sürtkü yağlarının satın alınması ilə bağlı müzakirələr aparılıb. Bundan əlavə, “Azərenerji” ASC-də illərlə cəmləşmiş min tonlarla “Musella-40” mühərrik yağının Azərbaycan alimlərinin müəyyən etdiyi formullar əsasında yenidən işlənməsi və istifadəyə yararlı hala salınması müzakirə olunub.

Rövşən Əsgərov Azərbaycan alimlərinin yeni formulunu yüksək qiymətləndirib.

Görüşdə YT Parkın infrastruktur üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov və strateji inkişaf üzrə direktor müavini, hüquq üzrə fəlsəfə doktoru Məmməd Bağırzadə də iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.