ELM VƏ TƏHSİL


AMEA YT Parkın daha bir rezidenti ola bilər

Bakı, 15 may, AZƏRTAC

“Smart Home” MMC şirkətinin təsisçiləri Elşad Hüseynov və Elməddin Xəlilov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) olublar.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşün keçirilməsində məqsəd innovativ layihələrin birgə icra edilməsi imkanlarını və şirkətə AMEA YT Parkın rezidenti statusunun verilməsini müzakirə etmək olub.

YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürovla keçirilən görüşdə qonaqlara texnoparkın fəaliyyəti və rezidentlərinə şamil olunan güzəştlər barədə məlumat verilib.

“Smart Home” MMC rəsmiləri bildiriblər ki, şirkət AMEA YT Parkın rezidenti olduqdan sonra hazırda bazarda mövcud olan sistemlərdən üstün, rəqabətədavamlı yerli istehsal həyata keçirəcək, o cümlədən servis xidmətlərinin operativliyini gücləndirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.