ELM VƏ TƏHSİL


AMEA YT Parkın rezidenti olan “Azmonbat” şirkəti “Bakutel-2018” sərgisində təmsil olunur

Bakı, 5 dekabr, AZƏRTAC

“Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan Azərbaycan–Bolqarıstan sərmayəli “Azmonbat” şirkəti də yer alıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, hərbi və mülki təyinatlı akkumulyatorların istehsalını həyata keçirən “Azmonbat” sərgidə innovativ məhsullarından ibarət stendini nümayiş etdirib.

Qeyd edək ki, AMEA YT Park yarandığı gündən etibarən Azərbaycanda elmtutumlu, rəqabətqabiliyyətli və innovativ məhsulların istehsalını həyata keçirib, yenilikçi bizneslərin yaradılması istiqamətində daim özəl sektor və biznes şəbəkələri ilə əməkdaşlıq edib.

“Elm və biznesin qovuşduğu məkan” devizi ilə Azərbaycanda elmin kommersiyalaşmasında birbaşa iştirak edən YT Park, həm innovativ biznes ideyası olan gənc startapçılar, həm də yüksək texnoloji məhsulların istehsalını həyata keçirən biznes ictimaiyyəti ilə birgə layihələrdə iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.