ELM VƏ TƏHSİL


AMEA Yer Elmləri Bölməsinin “ANAS Transactions, Earth Sciences” jurnalının yeni nömrəsi çapdan çıxıb

Bakı, 12 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer Elmləri Bölməsinin “ANAS Transactions, Earth Sciences” jurnalının yeni nömrəsi çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Geologiya və Geofizika İnstitutunda nəşr olunan jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.

Jurnalın bu sayında geologiya, geofizika və coğrafiya elmlərinə aid “Cənubi Xəzər hövzəsinin şimal-qərb cinahında karbohidrogenlərin izotop-geokimyəvi səciyyəsi”, “Təhlükəli atmosfer hadisələri: yeni fiziki-riyazi yanaşma”, “Arxeogeofiziki üsulların Alxantəpə arxeoloji abidəsi ərazisində tətbiqinin nəticələri”, “Daşgil palçıq vulkanının səthə yaxın strukturunun 3D geofiziki modeli”, “Xəzər dənizinin mövsümi səviyyə dəyişilmələrinin xüsusiyyətləri” və “Transkontinental dəmiryolu dəhlizlərinin Azərbaycanın geosiyasi və iqtisadi şəraitinə təsiri” məqalələri yer alıb.

Qeyd edək ki, 1958-ci ildən nəşr olunan jurnalı onlayn versiyada www.journalesgia.com saytından Azərbaycan, rus və ingilis dillərində oxumaq mümkündür. Jurnal Avrasiya, Şimali və Cənubi Amerika, Avstraliya, Şimali və Cənubi Afrika da daxil olmaqla dünyanın 90 ölkəsini əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.