ELM VƏ TƏHSİL


AMEA Yüksək Texnologiyalar Parkında tibb məntəqəsi fəaliyyətə başlayıb

Bakı, 6 dekabr, AZƏRTAC

AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması və müəssisə işçilərinin sağlamlığının qorunması məqsədilə tibb məntəqəsi fəaliyyətə başlayıb.

YT Parkdan AZƏRTAC-a bildirilib ki, məntəqə lazımi hallarda ilkin tibbi yardımın göstərilməsi, sağlamlıqla bağlı yaranmış problemlərin vaxtında aradan qaldırılması üçün bütün imkanlarla təchiz edilib. Bununla yanaşı, pandemiya dövründə kollektivin sağlamlığının və təhlükəsizliyinin qorunması, tibbi-profilaktik tədbirlərin həyata keçirilməsi üçün məntəqədə zəruri tibbi ləvazimatlar və dezinfeksiya vasitələri yerləşdirilib.

Qeyd edək ki, texnoparkda fəaliyyətə başlamış bu xidmətdən Yüksək Texnologiyalar Parkı ilə yanaşı, onun rezidentlərinin əməkdaşları da yararlana bilər.

Xatırladaq ki, YT Parkda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması və müəssisə işçilərinin sağlamlığının qorunması məqsədilə mütəmadi olaraq sanitar-dezinfeksiya və digər qabaqlayıcı işlərin həyata keçirilməsinə böyük önəm verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.