ELM VƏ TƏHSİL


AMEA Yüksək Texnologiyalar Parkının rezidenti “Proline Chemicals” MMC texnoparkda istehsalata başlayıb

Bakı, 16 iyun, AZƏRTAC

AMEA Yüksək Texnologiyalar Parkının (YTP) rezidenti olan “Proline Chemicals” MMC texnoparkda müəssisə üçün nəzərdə tutulan ərazidə istehsalat prosesinə başlayıb.

Bu barədə AZƏRTAC-a YTP-dən məlumat verilib. Bildirilib ki, müəssisə mikro- və makro- silikon emulsiyalarından istifadə olunmaqla müxtəlif bərk səthlər üzərində nanohissəciklərdən ibarət hidrofob və antistatik qoruyucu təbəqə yaradan vasitələrin istehsalı ilə məşğul olur. Belə ki, “Proline Chemicals” MMC-də avtomobil texniki mayeləri, avtomobil kimyası, avtomobil qulluq vasitələri, avtomobil kosmetikası, sənaye kimyəvi vasitələri, məişət kimyası üçün yüksək keyfiyyətli yuyucu və təmizləyici vasitələr, hotel biznesi və çamaşırxanalar üçün yuyucu, təmizləyici və dezinfeksiyaedici vasitələrin istehsalı həyata keçirilir.

Müəssisədə istehsal olunan məhsullar avtomobillərin lak-boya örtüyü, avtomobil şüşələri (ön, yan və arxa), faraları və güzgüləri, məişət avadanlıqları (pəncərə şüşələri, kafel, metlax, duş kabinələrinin şüşələri, keramik çanaqlar), eləcə də inzibati binaların şüşə səthlərində tətbiq olunma imkanına malikdir.

Qeyd edək ki, “Proline Chemicals” MMC mövcud istehsal bazası əsasında AMEA YTP ərazisində icra etdiyi layihə üzrə istehsal üçün tələb olunan bütün lazımi mühəndis-kommunikasiya xətləri ilə təmin olunub. Ərazi logistika baxımından Bakı şəhərinin əlverişli hissəsində yerləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.