ELM VƏ TƏHSİL


AMEA-da 2020-ci il üçün doktoranturaya və dissertanturaya qəbul elan edilir

Bakı, 10 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturasına qəbul elan edilir.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatlarının 2020-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı təsdiq edilib. Qəbul planına əsasən, doktorantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə AMEA-nın elmi müəssisə və təşkilatlarına 102 yer əyani, 49 yer qiyabi, elmlər doktoru hazırlığı üzrə 39 yer, o cümlədən 14 əyani, 25 qiyabi, dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 180 yer, elmlər doktoru hazırlığı üzrə 98 yer müəyyən olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.