ELM VƏ TƏHSİL


AMEA-da “Horizon-2020” proqramı çərçivəsində təlimlərə başlanılıb

Bakı, 14 iyun, AZƏRTAC 

İyunun 14-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Avropa Komissiyasının “Horizon-2020” proqramı üzrə yeni seçilmiş milli əlaqələndirici şəxslər şəbəkəsi üçün praktiki təlimlərə başlanılıb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, təlim Avstriyanın İctimai İnnovasiya Mərkəzinin tədqiqat strategiyası və inkişaf üzrə baş mütəxəssisi Qorazd Veis tərəfindən keçirilir.

Təlim zamanı Azərbaycan alimlərinin proqram çərçivəsində fəal iştirakının təmini və təşviqi məqsədilə əlaqələndirici şəxslərin vəzifələri, fəaliyyət istiqamətləri və qabaqcıl Avropa ölkələrinin təcrübəsi haqqında ətraflı məlumat verilib. “Horizon-2020” proqramı üzrə növbəti mərhələ üçün milli əlaqələndirici şəxslər şəbəkəsinin iş planı müzakirə olunub.

Təlim iyunun 15-də yekunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.