ELM VƏ TƏHSİL


AMEA-da Qərbi Azərbaycanla bağlı yeni şöbələr yaradılıb

AMEA-da Qərbi Azərbaycanla bağlı yeni şöbələr yaradılıb

Bakı, 30 dekabr, AZƏRTAC

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə A.A.Bakıxanov adına Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsi yaradılıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, həmçinin Qərbi Azərbaycanla bağlı müxtəlif elmi istiqamətlər üzrə tədqiqatların prioritetliyinin təmin edilməsi, Qərbi Azərbaycan İcması ilə sıx əməkdaşlığın edilməsi, Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin beynəlxalq miqyasda təbliği, xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq və respublika səviyyəli konfrans, simpozium və seminarların keçirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.