ELM VƏ TƏHSİL


AMEA-da Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyi qeyd olunacaq

Bakı, 4 dekabr, AZƏRTAC 

Dekabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, professor Tahir Salahovun anadan olmasının 90 illiyinə həsr edilən elmi sessiya keçiriləcək.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, akademiyanın Humanitar Elmlər Bölməsinin və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə “Tahir Salahovun yaradıcılığında roman mədəniyyəti ölkələri”, “Tahir Salahovun yaradıcılığında Rusiya mövzusu”, “Tahir Salahov: rəssam və zaman” mövzularında məruzələr dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.