Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

AMEA-da Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilmiş elmi konfrans keçirilib

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-də AMEA-nın Rəyasət Heyətində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilmiş “Yeni Azərbaycan Partiyası: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda elmi konfrans keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

AZƏRTAC xəbər verir ki, konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Yeni Azərbaycan Partiyası: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda məruzə ilə çıxış edib. Akademik bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəlində ölkəmizdə ictimai-siyasi və sosial-iqtisadi vəziyyətin ağır olması, siyasi sabitliyin təmin edilməməsi nəticəsində yaranmış xaos və anarxiya Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Həmin vaxt ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında geniş quruculuq işləri həyata keçirdiyini xatırladan akademik belə bir vaxtda xalqımızın 91 nəfər ziyalısının “Azərbaycan Sizin sözünüzü gözləyir” sərlövhəli başlıqla 1992-ci il oktyabrın 16-da “Səs” qəzeti vasitəsilə Ulu Öndərə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etdiklərini bildirib. Qeyd edib ki, 1992-ci il oktyabrın 24-də Ümummilli Lider “Yeni, müstəqil Azərbaycan uğrunda” sərlövhəli məqalə ilə ziyalıların müraciətinə müsbət cavab verib və 1992-ci il noyabrın 21-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası yaradılıb, dünya miqyaslı siyasətçi, Siyasi Büronu fəth etmiş böyük təcrübəyə malik Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilib.

Ulu Öndərin Yeni Azərbaycan Partiyasının sədri seçildikdən sonra ideologiya işlərinə xüsusi diqqət yetirdiyini deyən İsa Həbibbəyli dahi liderin azərbaycançılıq konsepsiyasını irəli sürdüyünü, demokratik prinsipləri əsas götürərək partiyanın nizamnaməsinə ciddi əməl etdiyini, nəhayət, 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildiyini diqqətə çatdırıb.

Partiyanın inkişafında və sıralarının genişlənməsində Prezident İlham Əliyevin müstəsna rolu olduğunu deyən akademik İsa Həbibbəyli 1999-cu il dekabrın 20-21-də Yeni Azərbaycan Partiyasının I Qurultayında dahi liderin davamçısının partiya sədrinin müavini seçilməsi ilə gənclərin YAP-a axın etdiyini, nəticədə yeniləşmə prosesinə təkan verdiyini söyləyib. Vurğulayıb ki, İlham Əliyev 2001-ci ildə sədrin birinci müavini, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti, 2005-ci ildə isə YAP-ın III Qurultayında partiyanın rəsmi sədri seçilib və beləliklə, ölkəmizdə siyasi varislik təmin olunub: “Prezident İlham Əliyevin ölkəmizə və Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsilə Azərbaycanın tarixində yeni era başladı. Bu mərhələ Heydər Əliyev epoxasının İlham Əliyev erası kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının tarixində yeniləşmə, inkişaf və intibah mərhələsidir. Azərbaycan cəmiyyətinin bütün sahələrində YAP-ın rolunu, xidmətlərini görməmək mümkün deyil. Məhz Ulu Öndər tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən azərbaycançılıq ideologiyası gənc nəslin vətənpərvər ruhda yetişdirilməsində mühüm rol oynadı və nəticədə yeni nəsil Vətən müharibəsindəki tarixi Qələbə ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Sevindirici haldır ki, Yeni Azərbaycan Partiyasının 30 illiyini “Heydər Əliyev İli” ərəfəsində qeyd edirik”.

YAP sədrinin birinci müavini Mehriban xanım Əliyevanın da partiyanın inkişafında müstəsna xidmətlərindən danışan akademik İsa Həbibbəyli Birinci vitse-prezidentin ölkəmizin ictimai-siyasi həyatında, sosial-mədəni proqramların həyata keçirilməsində mühüm rol oynadığını söyləyib.

Partiyanın yaranması mərhələsində Azərbaycan alimlərinin roluna toxunan akademik məşhur “91-lər”in sırasında AMEA əməkdaşlarının da olduğunu, həmçinin həmin dövrdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyət göstərən “Əlincə cəmiyyəti”nin əksər üzvlərinin YAP-ın təşkilatlanmasına töhfə verdiklərini bildirib.

AMEA-dakı YAP ərazi partiya təşkilatlarının fəaliyyətindən də söz açan akademik vurğulayıb ki, əgər 2013-cü ildə akademiyanın 41 təşkilatından yalnız 9-da özək təşkilat var idisə, bu gün AMEA-nın bütün elmi müəssisə və təşkilatlarında ilk ərazi partiya təşkilatları, onların sədrləri və üzvləri fəaliyyət göstərir, onların sayı hər gün genişlənir: “Akademiyada YAP ərazi partiya təşkilatlarının fəaliyyətində akademiklər, müxbir üzvlər, elmlər və fəlsəfə doktorları, elmi və texniki işçilər ideoloji işlərdə yaxından iştirak edirlər”.

AMEA rəhbəri qeyd edib ki, Azərbaycan alimləri dövlətimizin başçısının apardığı daxili və xarici siyasəti yekdilliklə bəyənir, Prezidentin bütün fəaliyyətini ürəkdən dəstəkləyirlər.

Sonra YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxış edib.

Tədbir iştirakçılarını Zəfər bayramı və Dövlət Bayrağı Günü ilə əlaqədar təbrik edən Tahir Budaqov bu gün dünyada müstəqil, nüfuzlu, qüdrətli və qalib ölkə kimi tanınan Azərbaycanın hazırkı intibah mərhələsinə asanlıqla çatmadığını deyib: “Müstəqillik dövrünün əsas hadisə və proseslərinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərin həlli məhz fenomenal lider amili, onun milli-mənəvi dəyərlərə və zamanın tələblərinə əsaslanan titanik fəaliyyəti, qətiyyətli və uzaqgörən siyasəti, xalq-lider birliyi sayəsində mümkün olmuşdur. Bu kontekstdə ölkəmizin gələcək taleyini, perspektivlərini müəyyənləşdirən fövqəladə və əlamətdar hadisələrdən biri məhz Yeni Azərbaycan Partiyasının yaradılmasıdır”.

Tahir Budaqov qeyd edib ki, ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəlində həm SSRİ miqyasında, həm də respublika səviyyəsində baş verən hadisələr Azərbaycanın olduqca mürəkkəb vəziyyətlə qarşılaşmasına səbəb olmuşdu. Respublikada ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün, vətəndaş qarşıdurmasının hökm sürməsi, ölkənin faktiki olaraq beynəlxalq izolyasiya vəziyyətinə düşməsi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və bir sıra digər mənfi proseslər müstəqilliyin itirilməsi təhlükəsini yaratmışdı. Azərbaycanı belə bir vəziyyətdən, xaos və böhrandan xilas etməyin yeganə yolu vahid lider ətrafında milli birliyin təmin edilməsindən keçirdi.

“Xalqın inam və etimad ünvanı isə bəlli idi. Hər kəs ümidini zəngin dövlətçilik təcrübəsinə malik olan, fəaliyyətinin bütün dövrlərində Vətənin ali mənafeyini və milli maraqları rəhbər tutan liderə - dahi şəxsiyyət Heydər Əliyevə bağlamışdı.1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı - onların arasında dövrün görkəmli elm adamları, Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri üstünlük təşkil edirdi - Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etdi. Heydər Əliyev həmin müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının yaradılmasına və partiyaya rəhbərlik etməyə razılıq verməklə bütün təhlükələrə rəğmən, öz həyatını belə riskə ataraq növbəti dəfə Azərbaycan naminə siyasi məsuliyyəti öz üzərinə götürdü. Beləliklə, 30 il əvvəl - 1992-ci il noyabrın 21-də xalqın iradəsi ilə güclü Lider ətrafında Yeni Azərbaycan Partiyasının yaradılması nəinki müstəqillik, hətta müasir dövlətçilik tariximizin həlledici anı və dönüş nöqtəsi oldu.

Yeni Azərbaycan Partiyası 1993-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi və xalqın dəstəyi ilə ictimai-siyasi sabitliyin, iqtisadi inkişafın təmin olunması, dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qorunması, respublikanın beynəlxalq mövqeyinin gücləndirilməsi istiqamətində mühüm işlər gördü və tarixi nailiyyətlərə imza atdı. Ən əsası, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi varisliyi təmin etməklə, Azərbaycan dövlətini müstəqil, milli maraqlara və milli-mənəvi dəyərlərə, xalqın ali iradəsinə əsaslanan siyasəti ilə zirvələrə daşıyacaq Lider yetişdirməklə dövlətçilik tariximizdə ən böyük xidmətlərindən birini göstərdi. İlham Əliyevin 2003-cü ildə Prezident, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının sədri seçilməsindən sonra həm partiyamızın həyatında, həm də Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın qüdrətinin və beynəlxalq nüfuzunun artmasını, dünya siyasi arenasında mövqeyinin güclənməsini, milli həmrəyliyin möhkəmlənməsini təmin etdi. Ən əsası, Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyünün, tarixi ədalətin və xalqımızın milli qürurunun bərpasına nail oldu. Bu tarixi Zəfər nəticəsində həm ölkəmizin qarşısında, həm də bütövlükdə regionda yeni çağırışlar və reallıqlar yaranıb. Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini məhz bu reallıqlar əsasında qurur. YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyamızın sədri, dövlətimizin başçısı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi möhtəşəm Zəfərin siyasi-diplomatik müstəvidə möhkəmləndirilməsinə, Azərbaycanın postkonflikt dönəmində davamlı uğurlar əldə etməsinə yeni imkan, dayanıqlı və etibarlı zəmin yaradır. Partiyamız bütün imkanlarını səfərbər edərək yeni geosiyasi prioritetlərdən irəli gələn hədəflərin reallaşdırılmasına çalışır, məqsədyönlü fəaliyyəti ilə Azərbaycanın inkişafına mühüm töhfələr verir. Heç şübhəsiz, Azərbaycan Milli Elmlər Akademiyasında çalışan partiya fəallarının da üzərinə bu istiqamətdə mühüm vəzifə və məsuliyyət düşür. Danılmaz faktdır ki, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri – qabaqcıl elm xadimləri, akademiklər Yeni Azərbaycan Partiyasının yaradılması və inkişafında mühüm rol oynayıblar. Bu, AMEA-nın milli məsələlərdə və tarixi-siyasi məsuliyyət anlarında öz sözünü deyən ziyalılar ordusuna malik olduğunu bir daha təsdiqləyir. Bu gün tarixi ənənələrə və zəngin elmi təcrübəyə malik olan Azərbaycan Milli Elmlər Akademiyasının qurumlarında Yeni Azərbaycan Partiyasının özək təşkilatları fəaliyyət göstərir, elm və təhsil sahəsi ilə yanaşı, siyasət meydanında da öz sözünü demiş nüfuzlu alimlər partiyamızın sıralarında təmsil olunurlar. Yeni Azərbaycan Partiyasının üzvü olan elm xadimlərinin dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik prinsipləri əsasında fəaliyyət göstərmələri, üzərlərinə düşən vəzifələri vicdanla, ləyaqətlə və məsuliyyətlə yerinə yetirmələri müstəsna əhəmiyyətə malikdir. Şübhə yoxdur ki, 30 yaşını qeyd etdiyimiz YAP Azərbaycanın tərəqqisi naminə daim çalışacaq, ümumxalq partiyası kimi taleyüklü məsələlərin həllində və tarixi məsuliyyət anlarında hər zaman öz sözünü deyəcək, Azərbaycanın elm məbədi olan Milli Elmlər Akademiyasında çalışan YAP üzvləri də bu prosesdə fəal rol oynayacaqlar”, – deyə YAP sədrinin müavini bildirib.

Tahir Budaqov çıxışının sonunda tədbir iştirakçılarını təbrik edib: “Çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin ən əlamətdar hadisələrindən olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, partiyamızın sədri İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimiz və xalqımız naminə şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

Tədbirdə YAP Veteranlar Şurasının üzvü, fizika elmləri doktoru, professor Şahlar Əsgərov “Yeni Azərbaycan Partiyasının qızıl fondu: 91-lər hərəkatından Veteranlar Şurasınadək” və YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova “Azərbaycançılıq ideologiyasının formalaşması və təbliğində Yeni Azərbaycan Partiyasının rolu” adlı məruzələrlə çıxış ediblər. Həmçinin YAP Veteranlar Şurasının üzvü, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranması və ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Sonra YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yekun nitqlə çıxış edib.

Sonda Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş AMEA əməkdaşlarına üzvlük biletləri təqdim olunub.

Tədbir boyu Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransda AMEA Rəyasət Heyətinin üzvləri, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların YAP ərazi partiya təşkilatlarının nümayəndələri və KİV əməkdaşları iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq VİDEO

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq