ELM VƏ TƏHSİL


AMEA-da gənc alimlər üçün onlayn seminar keçiriləcək

Bakı, 29 iyul, AZƏRTAC 

İyulun 30-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin, eləcə də AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə onlayn seminar təşkil olunacaq.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, “Pandemiya dövründə gənc alimlərin üzləşdiyi problemlər, onların həlli yolları və ölkənin ictimai-siyasi həyatında baş verən proseslərə gənc alimlərin baxışı” mövzusunda seminar “Zoom” platforması üzərindən keçiriləcək. Tədbirə AMEA-nın akademik-katibi, akademiyanın müxbir üzvü Əminağa Sadıqov moderatorluq edəcək.

Onlayn seminara AMEA-nın elmi müəssisələrində çalışan, eləcə də xaricdə (ABŞ, Rusiya, İngiltərə, Belçika, Fransa, Almaniya, Çin, Polşa) təhsil alan azərbaycanlı gənc alim və mütəxəssislər, doktorantlar qatılacaqlar.

Tədbirdə iştirak etmək istəyənlər Elm və təhsil idarəsinə müraciət edə bilərlər (anket forması əlavə olunur).

Əlaqə nömrələri: (+994 12) 492 84 48, 050 583 03 10

E-mail: [email protected] 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.