ELM VƏ TƏHSİL


AMEA-da təşkil olunacaq elmi lektoriyada İnformasiya Texnologiyaları İnstitutunun alimləri iştirak edəcəklər

Bakı, 21 sentyabr, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun alimləri AMEA-da təşkil olunacaq elmi lektoriyada iştirak edəcəklər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu fikir elmi şuranın iclasında səsləndirilib. İclasda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik akademiyada təşkil olunacaq elmi lektoriyalar haqqında məlumat verib. Akademik gənc nəsildə tədqiqat vərdişlərinin formalaşdırılmasında, mühüm elmi və innovativ nəticələrin əldə edilməsində elmi varisliyin qorunub saxlanılmasının mühüm rolunu qeyd edib.

Rasim Əliquliyev AMEA Rəyasət Heyəti tərəfindən daimi fəaliyyət göstərən elmi lektoriyanın təşkili ilə bağlı qərar qəbul edildiyini bildirib. O, lektoriyada İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, institutun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və başqaları tərəfindən informasiya texnologiyaları və informasiya cəmiyyətinin aktual elmi-nəzəri problemlərinə həsr olunmuş mühazirələrin təqdim ediləcəyini nəzərə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.