ELM VƏ TƏHSİL


AMEA əməkdaşının həmmüəllifi olduğu layihə “Bakutel-2018” sərgisində nümayiş olunur

Bakı, 5 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” elm-kompüter şəbəkəsinin əməkdaşı Aydın Qurbanlının “Gonex” layihəsi “Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində nümayiş olunur.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, A.Qurbanlının Bakı Mühəndislik Universitetinin informasiya texnologiyaları fakültəsinin 3-cü kurs tələbəsi Adil Qafarlı ilə birgə hazırladığı “Gonex” layihəsi sərgi iştirakçılarının böyük marağına səbəb olub. “Gonex” gənclərə informasiya texnologiyaları sahəsində real iş imkanları təklif edən, onların virtual layihələrlə işləyib təcrübə qazanmasına kömək edən platformadır. Layihənin əməkdaşlıq etdiyi şirkətlər bu platforma vasitəsilə gənclərlə əlaqə saxlayaraq onlara iş imkanları təklif edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.