ELM VƏ TƏHSİL


AMEA magistrantlarının ingilis dili fənnindən imtahanı keçirilib

Bakı, 14 yanvar, AZƏRTAC

Yanvarın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində 2018-2019-cu tədris ili üzrə təhsil alan I kurs magistrantları üçün ingilis dili fənnindən imtahan keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, ilk semestrin yekunu olaraq, 4 altqrup üzrə keçirilən sessiya imtahanında akademiyanın 21 institut və təşkilatından 19 ixtisas üzrə təhsil alan 67 magistrant iştirak edib. Test üsulu ilə keçirilən imtahanda magistrantlar 90 dəqiqə ərzində ingilis dilinin qrammatikası, danışıq və yazı qaydalarını əhatə edən 50 sualı cavablandırıblar.

Qeyd edək ki, ingilis dili fənninin tədrisi IELTS proqramına uyğun olaraq hazırlanıb və bu, gələcəkdə doktoranturaya qəbul olunmaq və ya xaricdə təhsil alaraq elmi fəaliyyətini davam etdirmək istəyən magistrantların hazırlıq səviyyələrini yüksəltmək məqsədini daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.