ELM VƏ TƏHSİL


AMEA-nın Əlyazmalar İnstitutu İranın Gilan Universiteti ilə əməkdaşlıq edəcək

Bakı, 6 noyabr, AZƏRTAC

İran İslam Respublikasının Gilan Universitetinin professoru Seyid Haşəm Musəvi və Abbas Pənahi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov və filologiya üzrə elmlər doktoru, professor Raqub Kərimovla görüşdə qonaqlara müəssisənin tarixi, əldə etdiyi nailiyyətlər, burada qorunub saxlanılan əlyazmalar və aparılan tədqiqat işləri barədə məlumat verilib.

İranlı alimlər Gilan vilayətinin tarixinə dair sənədlər və digər əlyazma abidələri ilə maraqlandıqlarını bildiriblər.

Görüşün sonunda Əlyazmalar İnstitutu ilə Gilan Universiteti arasında gələcək elmi əməkdaşlıq barədə razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.