ELM VƏ TƏHSİL


AMEA-nın Biofizika İnstitutu Moskva Dövlət Universitetinin Bakı filialı ilə əlaqələr qurur

Bakı, 16 mart, AZƏRTAC 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının fizika fakültəsinin əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunda olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın müxbir üzvü Oktay Qasımov qonaqlara rəhbərlik etdiyi müəssisənin strukturu, əsas fəaliyyət istiqamətləri haqqında ümumi məlumat verib.

Moskva Dövlət Universitetinin Bakı filialının fizika fakültəsinin dekanı, akademik Ənvər Nəhmədov, həmin müəssisənin ümumi fizika kafedrasının müəllimləri laboratoriyaların elmi-tədqiqat prosesi ilə əyani tanış olub, quraşdırılan müasir avadanlıqlar barədə məlumat alıblar. Onlar alimlərin səmərəli fəaliyyətinin təmin edilməsi üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.

Tərəflər arasında əlaqələrin qurulması və birgə elmi-tədqiqatların aparılması ilə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.