ELM VƏ TƏHSİL


AMEA-nın Biofizika İnstitutunda “Elm günü” qeyd olunub

Bakı, 16 mart, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunda “Elm günü”nə həsr olunan seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov “Elm günü”nün keçirilməsi ilə əlaqədar ölkə rəhbərinin 2018-ci il 9 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışıb.

İnstitutun ekoloji biofizika laboratoriyasının müdiri, professor Tokay Hüseynov çıxış edərək müasir biofizika və biokimyanın aktual problemləri haqqında ətraflı məlumat verib.

Gənc alim Ramiyyə Həsənova isə “Hüceyrə membranlarının komponentləri və fərqləndirici xüsusiyyətləri” mövzusunda məruzəsini təqdim edib.

Biofizika İnstitutunun inteqrativ biologiya laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü İlham Şahmuradov “İnteqrativ biologiya və bioinformatika” mövzusunda təqdimatla çıxış edib.

Seminarda tələbələrin məruzələri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.