ELM VƏ TƏHSİL


AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin institutlarında ötən il 17 mühüm elmi nəticə əldə edilib

Bakı, 21 yanvar, AZƏRTAC

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) institutlarında 2021-ci ildə 22 problem, 84 mövzu, 252 iş, 523 mərhələ üzrə tədqiqatlar aparılıb, 10 iş və 376 mərhələ tamamlanıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunu Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri akademik İradə Hüseynova söyləyib. İradə Hüseynova qeyd edib ki, hesabat ilində bölmə üzrə 17, bölmədənkənar elm və təhsil müəssisələri üzrə 12 mühüm nəticə alınıb. Həmçinin bölmə üzrə 4, tibb müəssisələrində 55, aqrar sahə institutlarında isə 34 iş tətbiq edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.