ELM VƏ TƏHSİL


AMEA-nın Elm Tarixi İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində elmi ezamiyyətdə olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, M.Seyidbəyli S.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialı tərəfindən təşkil edilən XXXIX illik beynəlxalq konfransda məruzə ilə çıxış edib. O, AMEA-nın elmi-tədqiqat institutlarının Rusiya Elmlər Akademiyasının elmi-tədqiqat institutları ilə birgə həyata keçirdiyi layihələr və imzalanmış ikitərəfli müqavilələr barədə məlumat verib.

Bundan əlavə, M.Seyidbəyli Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun direktoru, sosiologiya üzrə fəlsəfə doktoru N.Aşeulova, rusiyalı alim, professor U.Baturin və Yaponiya, Ukrayna, Belarusdan olan görkəmli alimlərlə görüşüb. Görüşlərdə qarşılıqlı maraq kəsb edən ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.