ELM VƏ TƏHSİL
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının ilk iclası keçirilmişdir VİDEO
Bakı, 5 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında yeni yaradılmış Gənc Alim və Mütəxəssislər Şurasının ilk iclası keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, tədbiri giriş sözü ilə açan şuranın sədri, akademiyanın Radiasiya Problemləri İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov gündəlikdə duran məsələlər barədə məlumat vermişdir.
Prezident İlham Əliyev tərəfindən yürüdülən gənclər siyasətinin prioritetlərindən biri gənclərin elmi fəaliyyətini stimullaşdırmaq, onların elmin inkişafındakı rolunu artırmaq olduğunu söyləyən F.Salmanov rəhbərlik etdiyi şuranın Azərbaycan elminin tərəqqisinə, eləcə də kreativ layihələrin reallaşdırılmasına töhfə verəcəyinə əminliyini bildirmişdir. Gənclərin elmə marağının artırılmasına təkan vermək məqsədilə şuranın üzərinə düşən vəzifələrdən danışmışdır.
İclasda şuranın təşkili və idarəolunması, idarə heyətinin tərkibi, şuranın loqosunun, nizamnaməsinin hazırlanması və digər məsələlər müzakirə edilmiş, təklif və tövsiyələr səsləndirilmişdir.