ELM VƏ TƏHSİL


AMEA-nın Gəncə bölməsinin əməkdaşı beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 5-də Gənc tədqiqatçıların IV Beynəlxalq elmi konfransı keçirilib. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilib.

AMEA-nın Gəncə bölməsindən AZƏRTAC-a bildirilib ki, onlayn konfransa dünyanın 10-dan çox ölkəsini təmsil edən 300-dən artıq gənc alim və tədqiqatçı qatılıb.

Tədbirdə Təhsil nazirinin müavini İdris İsayev Ulu Öndərin elm və təhsilin inkişafına, xüsusilə gənc tədqiqatçılara göstərdiyi diqqət və qayğıdan danışıb. O, gənclərin elmi tədqiqat işlərinə daha geniş cəlb olunmasında belə tədbirlərin əhəmiyyətini vurğulayıb.

Konfrans işini plenar iclasla davam etdirib. Plenar iclasda AMEA Gəncə Bölməsinin Gənc alim və mütəxəssislər Şurasının sədri, elm üzrə Gənclər üçün Prezident mükafatçısı Elnur Həsənovun, Türkiyənin Kafkas Universitetinin Fənn Ədəbiyyat fakültəsinin dosenti İlkin Qulusoyun və Bakı Mühəndislik Universitetinin Kimya mühəndisliyi kafedrasının müdiri, dosent Yusif Abdullayevin məruzələri dinlənilib.

Beynəlxalq konfrans işini on iki elmi bölmə üzrə davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.