ELM VƏ TƏHSİL
AMEA-nın Humanitar Elmlər Bölməsi üzrə Nəsimi irsinə dair 36 kitab nəşr olunub
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinə daxil olan institutların əməkdaşları tərəfindən Nəsimi irsinə dair bir sıra kitab və monoqrafiyalar çap olunub.
AZƏRTAC xəbər verir ki, böyük mütəfəkkirin yubileyi və “Nəsimi ili” çərçivəsində kollektiv biblioqrafik göstərici, fənn-proqramlar, 36 kitab, o cümlədən 16 monoqrafiya nəşr edilib, “Nəsiminin anadilli əsərlərinin ensiklopedik-izahlı lüğəti”nin I cildi çapdan çıxıb. Həmçinin Azərbaycan Respublikasının Bolqarıstan, Moldova və Serbiyadakı səfirliklərinin təşəbbüsü və dəstəyi ilə Nəsiminin dünya dillərinə tərcümə edilmiş seçmə əsərlərindən ibarət kitabların təqdimat mərasimləri keçirilib.