ELM VƏ TƏHSİL
AMEA-nın İctimai Elmlər Bölməsinin əməkdaşları tərəfindən ötən il 2 min 279 əsər çapdan çıxıb
Bakı, 29 yanvar, AZƏRTAC
2021-ci ildə AMEA-nın İctimai Elmlər Bölməsinin əməkdaşları tərəfindən 2 min 279 əsər nəşr olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunlardan 68-i kitab (8-i xaricdə), 83-ü monoqrafiya (9-u xaricdə), 1746-sı məqalə (329-u xaricdə, 55-i “Web of Science”, “Scopus” bazalarında), 383-ü tezis (137-si xaricdə), 6-sı dərslik, dərs vəsaiti və metodik vəsaitidir.
Hesabat ilində bölmə əməkdaşlarının əsərlərinə 2 min 209 istinad edilib. Bölmənin elmi-tədqiqat müəssisələrində 37 problem, 112 mövzu, 361 iş, 174 mərhələ üzərində tədqiqatlar aparılıb. Bunlardan il ərzində 58 mövzu, 298 iş, 172 mərhələ tamamlanıb. Həmçinin bölmənin elmi-tədqiqat müəssisələrində 21 mühüm nəticə əldə olunub.