ELM VƏ TƏHSİL


AMEA-nın İqtisadiyyat İnstitutunda qlobal internet iqtisadiyyatına dair müzakirələr aparılıb

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib. İnstitutun baş direktoru iqtisad elmləri doktoru, professor Nazim İmanovun sədrliyi ilə keçirilən tədbirə ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.

Bu barədə AZƏRTAC-a İqtisadiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin müşaviri Oqtay İbrahimov “Qlobal internet iqtisadiyyatı: müasir çağırışlar, imkanlar və Azərbaycan üçün açılan perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. İnternet iqtisadiyyatının əsas mahiyyəti və artmaqda olan əhəmiyyətini qeyd edən məruzəçi qlobal onlayn ticarətin əsas inkişaf meyilləri, elektron ticarətin inkişaf dinamikası, bu sahənin lider şirkətləri, qlobal əmtəə və onlayn ticarət bazarına çıxış, virtual məşğulluq sahəsində potensial imkanlar, qlobal əmək bazarında rəqəmsal platformaların rolu, beynəlxalq maliyyə bazarlarında rəqəmsal iştirak imkanları, rəqəmsal bankçılıq, intellektual xidmətlərin rəqəmsal ticarəti barədə danışıb.

Oqtay İbrahimov kreativ iqtisadiyyat, virtual dünyalar, intellektual layihələr, böyüməkdə olan virtual və rəqəmsal iqtisadiyyat, onun qlobal ÜDM-də payı, internet iqtisadiyyatının fundamental əsasları və milli ekosistem, iqtisadi inkişafda rolu və əhəmiyyəti, bu sahədəki beynəlxalq trendlər, güclənən rəqabət, virtual mühitin əsas xüsusiyyətləri və potensial imkanları barədə geniş məlumat verib.

Sonra Azərbaycanda İKT-nin, rəqəmsal iqtisadiyyatın, internet iqtisadiyyatının, elektron ticarətin müasir vəziyyəti və perspektiv inkişaf imkanları ətrafında geniş müzakirələr aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.