ELM VƏ TƏHSİL
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Vikipediya” mövzusunda təlimlər keçirilib
Bakı, 26 İyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) akademiyanın elmi bölmələri, institut, təşkilat və elmi mərkəzlərinin əməkdaşları üçün “Vikipediya” mövzusunda təlimlər keçirilib.
İdarəetmə Sistemləri İnstitutundan AZƏRTAC-a bildiriblər ki, təlimlər hesab açmaq, məqalə yaratmaq, müzakirələrdə iştirak etmək və s. kimi mövzuları əhatə edib. “Vikipediya”-da AMEA-nın 16 institut və təşkilatının təmsilçiləri iştirak ediblər.