ELM VƏ TƏHSİL
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında dezinfeksiya işləri aparılıb
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı sərəncama uyğun olaraq, Mərkəzi Elmi Kitabxanada (MEK) sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər həyata keçirilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün kitabxananın bütün otaqları, konfrans zalları, sərgi salonları və dəhlizlərində dezinfeksiya işləri aparılıb.
Qeyd edək ki, MEK-də oxuculara, əməkdaşlara və AMEA-nın digər müəssisələrinin işçilərinə tibbi xidmət göstərilir. MEK-dəki “İlk tibbi yardım” otağı əməkdaşları və oxucuları qəbul etməyə hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]