REGİONLAR


AMEA-nın Naxçıvan Bölməsində Nizami Gəncəviyə həsr olunmuş virtual sərgi açılıb

Naxçıvan, 3 may, AZƏRTAC

AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə virtual sərgi təşkil edilib.

Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Şərqdən doğan ədəbiyyat günəşi Nizami Gəncəvi – 880” başlıqlı virtual sərgi görkəmli şairin yaradıcılığına maraq göstərən hər kəs üçün faydalı ola bilər. Burada Nizami Gəncəvinin əsərləri, müdrik kəlamları ilə yanaşı, onun həyat və yaradıcılığından bəhs edən kitablar, mətbuatda dərc olunan məqalələr, tanınmış şəxsiyyətlərin Nizami haqqında söylədiyi fikirlər və başqa materiallar nümayiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.