ELM VƏ TƏHSİL


AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda müdafiə şurasının tərkibi təsdiqlənib

Bakı, 18 aprel, AZƏRTAC

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müəssisənin direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov iclası açaraq, Azərbaycan elminin inkişafında əvəzsiz xidməti olan alimlərin adına xatirə nişanlarının təsis edildiyini şura üzvlərinin diqqətinə çatdırıb.

İclasda Riyaziyyat və Mexanika İnstitutunun II kurs magistrantlarının dissertasiya müdafiəsinin təşkili məsələsinə baxılıb. Riyazi analiz, diferensial tənliklər, optimallaşdırma və optimal idarəetmə, riyazi fizika ixtisasları üzrə ixtisaslaşdırılmış müdafiə şurasının tərkibi təsdiq edilib. Sonra institutun doktorant və dissertantlarının attestasiyası keçirilib. Attestasiyada doktorantura yolu ilə fəlsəfə doktorluğu hazırlığı üzrə müvafiq ixtisaslar üzrə 7 (əyani), dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 13, dissertantura yolu ilə elmlər doktoru hazırlığı üzrə 9 nəfər iştirak edib.

Sonda M.Mərdanov doktorant və dissertantların elmi fəaliyyətinin gücləndirilməsi ilə bağlı tövsiyələrini verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.