ELM VƏ TƏHSİL


AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub

Bakı, 21 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Yaponiyanın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil attaşesi Daiki İşikava ilə görüş keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə direktor, akademik Gövhər Baxşəliyeva qonağa rəhbərlik etdiyi müəssisənin tarixi və elmi istiqamətləri barədə məlumat verib. O, institutda bir neçə il əvvəl yaradılmış Asiya və Sakit Okean regionu ölkələri şöbəsi barədə məlumat verib. Həmin şöbədə Yaponiya üzrə mütəxəssisin də fəaliyyət göstərdiyini söyləyib. Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunun Yaponiyanın elm və təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Görüşdə bu cür əməkdaşlığın perspektivləri müzakirə olunub.

Asiya və Sakit Okean regionu ölkələri şöbəsinin müdiri Zenfira Şıxəlibəyli region ölkələri, xüsusən də Yaponiya ilə bağlı aparılan tədqiqatlardan danışıb. Yaponiya ilə əlaqədar tədqiqatlar aparan Afaq Nərimanova Daiki İşikavaya araşdırmaları haqqında məlumat verib. Çinşünas mütəxəssis Rafiq Abbasov şöbədə Yaponiyaya dair tədqiqatların genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Daiki İşikava Şərqşünaslıq İnstitutunda Yaponiya ilə bağlı tədqiqatlar aparılmasından məmnun qaldığını bildirib və bu sahəyə səfirliyin də dəstək verməyə hazır olduğunu söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.