ELM VƏ TƏHSİL


AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun alimləri çöl tədqiqatları aparırlar

Bakı, 22 iyul, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları Beyləqan, İmişli, Kürdəmir, Ağsu, Ucar, Neftçala və Qax rayonlarında çöl tədqiqatları aparırlar.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Rusiya Federasiyasının “Şelkova” aqrokimya şirkəti tərəfindən verilmiş qarğıdalı, şəkər çuğunduru, soya və buğdanın müxtəlif sortlarının Azərbaycan şəraitinə uyğunlaşdırılması üçün gübrələmə sisteminin və kompleks becərmə texnologiyasının hazırlanması məqsədilə təcrübələr aparılır.

Təcrübələr Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu və “Şelkova” aqrokimya şirkəti arasında bağlanmış üçtərəfli müqaviləyə əsasən həyata keçirilir.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev və müəssisənin çöl tədqiqatlarının məsul icraçısı, aqrar elmlər üzrə fəlsəfə doktoru Qoşqar Məmmədov əkin sahələrinə baxış keçiriblər. Ağsuda əkilmiş şəkər çuğunduru bitkisinin, İmişlidə qarğıdalı və soyanın, Beyləqan rayonunda isə soya və qarğıdalı bitkilərinin böyümə və inkişafı üzrə fonoloji müşahidələr və gübrələrin təsirinin ilkin olaraq qiymətləndirilməsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.