ELM VƏ TƏHSİL


“AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri seriyası)”  jurnalının növbəti nömrəsi çapdan çıxıb

Bakı, 25 sentyabr, AZƏRTAC 

“AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri seriyası)” jurnalının növbəti nömrəsi çap olunub.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, jurnalda akademiyanın institutlarında və respublikanın müxtəlif ali təhsil, elmi-tədqiqat müəssisələrində biologiya və tibb elmləri sahəsində aparılan tədqiqat işlərinin nəticələri barədə 25-dən artıq məqalə dərc edilib. Bundan əlavə, nəşrdə Ukraynanın Xerson Dövlət Aqrar Universitetinin əməkdaşı A.Rudikin, Xarkov Tibb Akademiyasının əməkdaşları A.Şerbakov və T.Melikovanın məqalələri də yer alıb.

Jurnalda çapa təqdim olunan məqalələrin Azərbaycan, rus və ingilis dillərində tərtibi qaydaları verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.