ELM VƏ TƏHSİL


AMEA-nın Yüksək Texnologiyalar Parkı İsrailin “General Robotics” şirkəti ilə əməkdaşlıq edəcək

Bakı, 27 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YT Park) və İsrailin “General Robotics” şirkəti arasında əməkdaşlıq çərçivəsində hərbi təyinatlı məhsulların təqdimatı olub.

Tədbirdə Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları, həmçinin “General Robotics” şirkətinin prezidenti Ehud Qal, baş icraçı direktoru Şahar Qal, biznesin inkişafı üzrə direktoru Zion Qazit, prezidentin müşaviri Morris Oren, YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov, direktor müavinləri - aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov, Məmməd Bağırzadə, xüsusi şöbənin müdiri Adil Məmmədov və digər şəxslər iştirak ediblər.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, ölkənin müdafiə və hərbi qüdrətinin artırılması istiqamətində keçirilən təqdimatda YT Parkın rezidenti “DN Technologies” və “General Robotics” şirkətləri tərəfindən istehsal olunan yeni nəsil robotlar və süni intellektli məhsullar barədə məlumat verilib, suallar cavablandırılıb.

Sonda YT Parkla “General Robotics” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.