ELM VƏ TƏHSİL


AMEA-nın Yüksək Texnologiyalar Parkı “Kitab" layihəsinə dəstək verəcək

Bakı, 20 avqust, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzi “Kitab" layihəsinin inkubasiya proqramını qəbul edib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, mərkəz layihə komandasını iş mühiti ilə təmin edəcək. Həmçinin mentorluq və məsləhətçilik xidmətləri ilə layihə inkişaf etdikdən sonra nəticəyə əsasən investorlarla görüş təşkil olunacaq.

Qeyd edək ki, layihə cəmiyyətdə mütaliənin təbliği, kitablar haqqında sistemli informasiyanın toplanması, statistik məlumatların hazırlanması kimi bir funksiyaları icra edən online platformadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.