ELM VƏ TƏHSİL
AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə Almaniya Universiteti birgə layihə reallaşdırır
Bakı, 17 noyabr, AZƏRTAC
Almaniyanın Karlsrue Texnologiya Universitetinin professorları Kristof Xilqers və Lena Mertz Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YTP) olublar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, səfərdə məqsəd YTP və Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanlarının torpaq və yeraltı suyunun keyfiyyətinə təsiri” layihəsinin qalib elan edilməsi ilə bağlı olub.
YTP-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev bu layihədə müasir və yeni innovativ məhsullardan istifadə edilməsinin nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, layihənin həyata keçirilməsində, həmçinin PUA-ların (Pilotsuz Uçan Aparatlar) istifadəsi də planlaşdırılır. V.Babayev layihədə həm Azərbaycan, həm də alman tədqiqatçılarının birgə işləyəcəyini və istifadə olunan metodların qiymətləndiriləcəyini söyləyib.
Görüşdə, həmçinin Azərbaycanda palçıq vulkanlarının ətraf mühiti çirkləndirməsinə dair müzakirələr aparılıb.