Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

AMEA-nın Yüksək Texnologiyalar Parkında “Elm həftəsi” başlanıb

Bakı, 11 mart, AZƏRTAC 

Martın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) “Elm həftə”sinin açılış mərasimi olub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə iştirakçılar akademiyanın institut və təşkilatlarında əldə olunan elmi yeniliklər, tədqiqat, ixtira və innovasiyalı layihələrin nəticələrini əks etdirən stendlərdən ibarət sərgi ilə tanış olublar.

Mərasimdə çıxış edən YT Parkın direktoru Nazim Şükürov bu cür tədbirlərin keçirilməsinin ölkədə elmin əhəmiyyətini və nüfuzunu daha da artıracağına əminliyini ifadə edib. Alim Azərbaycanda “Elm günü”nün təsis olunmasının dövlət başçısının bu sahənin inkişafına göstərdiyi diqqət və qayğının göstəricisi olduğunu vurğulayıb. Bildirib ki, bu əlamətdar gün Azərbaycan elm və təhsil ictimaiyyəti tərəfindən elm bayramı kimi yüksək səviyyədə qeyd olunacaq.

Nazim Şükürov rəhbərlik etdiyi müəssisə haqqında məlumat verib. Bildirib ki, YT Park innovativ layihələrin həyata keçirilməsi və investisiyaların yatırılması üçün yaradılmış platformadır. 21 hektar ərazini əhatə edən bu müəssisə bütün kommunal infrastrukturla təmin olunub.

Alim yeni texnologiyaların yaradılması və elmi fəaliyyətin kommersiyalaşdırılması istiqamətində Azərbaycan elminin Yüksək Texnologiyalar Parkı platformasından yararlanaraq müvəffəqiyyətlə kommersiyalaşmış biznesə nail olduğunu bildirib.

O, AMEA-nın ölkəmizdə elm üzrə vahid siyasəti həyata keçirən təşkilat olduğunu deyib, bu elm ocağında fəaliyyət göstərən alimlərin qeyri-neft sektorunun inkişafı və ölkə iqtisadiyyatının şaxələndirilməsinə böyük töhfələr verdiyini, mühüm nəticələrin əldə olunduğunu bildirib.

Sonra AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) direktoru, akademik Telman Əliyev “Elm həftə”sində Azərbaycan elmində əldə olunan nailiyyətlər və mövcud problemlərə dair müzakirələrin aparılacağını qeyd edib, tədbirin mühüm nəticələrlə yadda qalacağına əminliyini bildirib.

Dünyanın inkişaf etmiş ölkələrində elm sahəsinə böyük sərmayələrin qoyulduğunu deyən alim müasir dövrdə elmin ən çox gəlir gətirən sahələrdən olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu gün Azərbaycan dövləti də elmin kommersiyalaşdırılmasına xüsusi önəm verir və bu istiqamətdə ciddi tədbirlər görür.

Sonra Telman Əliyev rəhbərlik etdiyi institutun əsas fəaliyyət istiqamətlərini diqqətə çatdırıb. Bildirib ki, buraya müxtəlif səviyyəli və təyinatlı intellektuallaşdırılmış mexatron sistemlərin, texnoloji proseslərin riyazi modelləşdirilməsi, identifikasiya və optimallaşdırılması üsullarının araşdırılması, intellektual qərar qəbuletmə texnologiyaları və sistemlərinin öyrənilməsi və s. daxildir. Akademik institutda neft mədəni üzrə görülən işlər, həyata keçirilən layihələr, eləcə də qurumun alim və mütəxəssisləri tərəfindən yüksək istinad indeksli, impakt faktorlu jurnallarda dərc olunan məqalələr haqqında məlumat verib.

Alim Rusiya qazının Çin Xalq Respublikasına ixracını həyata keçirən “Sibirin gücü” layihəsindən də danışıb. Qeyd edib ki, İSİ-nin “Robust Noise Monitoring” diaqnostika və idarəetmə monitorinq sistemi Rusiya dövlətinin tikdiyi “Sibirin gücü” magistral qaz kəmərinin təhlükəsizliyini təmin edir. Çinə ilk qaz ixracının isə cari ildə həyata keçiriləcəyi nəzərdə tutulur.

O, həmçinin dalma nasosları haqqında məlumat verib, bu intellektual idarəetmə qurğusunun tətbiq sahələrindən danışıb. Nasosların əsas xüsusiyyətləri və üstünlüklərini diqqətə çatdırıb, onlardan artezian su hövzələrində, kənd təsərrüfatı sahələrinin suvarılmasında, yeraltı su səviyyəsinin aşağı salınmasında, sənaye sahələrində və s. geniş istifadə olunduğunu deyib.

Telman Əliyev İSİ-də dünya elminin tələblərinə cavab verən, multidissiplinar tədqiqatların aparıldığını, iqtisadi səmərə verən innovativ layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Sonra İSİ-nin neftqazçıxarma obyektlərinə nəzarət, diaqnostika və idarəetmə sistemləri laboratoriyasının rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Asif Rzayev “Neftçıxarmada intellektual onlayn idarəetmə sisteminin yaradılması” mövzusunda məruzə edib. Bildirib ki, əsas məqsəd innovativ texnologiyaların işlənməsi və tətbiqi ilə proseslərin onlayn rejimdə intellektual idarə edilməsi hesabına Azərbaycan Respublikasının quru ərazisində yerləşən və işlənmənin son mərhələsində olan yataqlardan neft hasilatının artırılmasıdır.

Onun sözlərinə görə, dünyada yataqlarda qalıq və ya çıxarıla bilməyən neft ehtiyatları 55-70 faiz təşkil edir. Azərbaycan Respublikası üçün bu rəqəm 45-50 faiz təşkil edir.

Məruzəçi innovativ texnologiyaların tətbiqi ilə neft hasilatı prosesinin operativ idarə olunmasına dair sxemi də təqdim edib.

Asif Rzayev, həmçinin “Smart Artezian” pilot layihəsi və “Elektrik enerjisinə qənaət avadanlığı - tezlik çeviricilərinin AMEA-nın Yüksək Texnologiyalar Parkında istehsalı” mövzusunda təqdimatlarla çıxış edib.

Sonra məruzələrə dair geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Sonda tədbir iştirakçıları YT Parkda görülən işlər, istehsal olunan məhsullar və həyata keçirilən layihələrlə yaxından tanış olublar.

Qeyd edək ki, tədbir növbəti günlərdə öz işini bölmə iclasları ilə davam etdirəcək. İclaslarda AMEA-nın elmi bölmələri tərəfindən hər gün elmi konfransların təşkil olunması planlaşdırılır. Konfranslarda bölməyə daxil olan institutların alim və tədqiqatçıları tərəfindən təqdimatlar nümayiş olunacaq.

“Elm həftə”sinin sonuncu günündə isə YT Park tərəfindən keçirilmiş “ən yaxşı innovasiyalı ideya”, “ən yaxşı innovasiyalı layihə” və “ən yaxşı innovasiya məhsulu” üzrə müsabiqənin nəticələri ictimaiyyətə elan olunacaq və qaliblər mükafatlandırılacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb