ELM VƏ TƏHSİL


AMEA-nın aparıcı mütəxəssisləri Lənkəranda 100 yaşlı uzunömürlü ilə görüşüblər

Bakı, 13 may, AZƏRTAC

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin və A.İ.Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşları Lənkəranda yaşayan 100 yaşlı uzunömürlü Kamal Kələntərliyə baş çəkiblər.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, Fiziologiya İnstitutunun əməkdaşları tərəfindən 7 ilə yaxın müddət ərzində Kamal Kələntərli uzunömürlü kimi mütəmadi tədqiq olunur. Kamal Kələntərli Lənkəranın ictimai həyatında fəal iştirak edən şəxs kimi tanınır. Uzun illər Lənkəran Rayon Ağsaqqallar Şurasına rəhbərlik edib. Bu ilin iyulunda 100 yaşını qeyd edəcək uzunömürlü günlərinin daha çox hissəsini ailəsi ilə keçirir.

Fiziologiya İnstitutunun Uzunömürlülüyün fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi dosent Sevinc Hüseynova qeyd edib ki, uzunömürlünün fiziki göstəriciləri yaşına görə normaldır, əllərində tremor yoxdur, yaddaşı mükəmməl, nitqi səlisdir, yaxşı eşidir, lakin pis görür. Arterial təzyiqi adətən normada olur. Hərəkətlidir. Jurnalistlərin verdiyi suallara aydın və əhatəli cavabları ilə diqqəti cəlb edirdi.

Fiziologiya İnstitutu Lənkəran Regional Elmi Mərkəzi ilə birgə K.Kələntərlinin 100 illik yubiley tədbirinin təşkil olunmasını qərara alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.