ELM VƏ TƏHSİL
AMEA-nın elmi müəssisələri üçün 2022-2023-cü illər üzrə müştərək layihə müsabiqəsi davam edir
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Belarus Respublikası Dövlət Elm və Texnologiya Komitəsi tərəfindən AMEA-nın elmi müəssisələri üçün elan edilən 2022-2023-cü illər üzrə müştərək layihə müsabiqəsi davam edir.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, layihə təklifləri 2021-ci il noyabrın 15-i saat 18:00-dək AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsi tərəfindən qəbul edilir. Layihələrin elektron variantı [email protected] ünvanına göndərilməlidir.
Layihə təklifləri aşağıdakı sahələr üzrə təqdim edilməlidir:
- rəqəmsal informasiya-kommunikasiya və sahələrarası texnologiyalar;
- maşınqayırma texnologiyaları, avadanlıqların yaradılması və innovativ materiallar;
- biolotibb istiqamətləri: biotexnologiyalar (genom, postgenom, hüceyrə, mikrobial, tibbi, istehsal), infeksion (virus etiologiyaları daxil olmaqla) və qeyri-infeksion xəstəliklərin diaqnostikası, tibbi profilaktikası və müalicəsi, süni toxuma və orqanlar, fərdi tibb, farmoseptik substansiyalar və dərman preparatları;
- yeni materialların yaradılması.
Təqdim olunan layihə müəlliflərinə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun mövzulara üstünlük verilməsi tövsiyə olunur.
Ərizə formalarını AMEA-nın saytından yükləmək mümkündür. Layihələr ingilis dilində qəbul edilir. Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinə müraciət edilə bilər.