ELM VƏ TƏHSİL
AMEA-nın əməkdaşı nüfuzlu jurnalın rəyçi sertifikatı ilə təltif edilib
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat elmi ekspertiza fəaliyyətinə görə ABŞ-ın “Computer Standards & Interfaces” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatı ilə təltif edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Thomson Reuters” siyahısına daxil olan jurnalda proqram təminatının keyfiyyəti, interfeys və metodları, kompüter standartları və onların tətbiqi üzrə fəaliyyət və inkişaf barədə tədqiqat materialları, icmal və qısa məqalələr dərc edilir.
Jurnalının əsas elmi istiqamətlərinə standartların hazırlanması və tətbiqi, informasiyanın idarə olunması, proqram təminatının keyfiyyəti, paylanmış sistemlər, eləcə də açıq sistemlər və şəbəkə təhlükəsizliyi sahəsində alqoritm və metodların işlənməsi, rəqəmsal alətlər üçün modelləşdirmə, testləşdirmə, analoq və rəqəmsal emal standartlaşdırması daxildir.