ELM VƏ TƏHSİL


AMEA-nın əməkdaşlarının sosial vəziyyəti yaxşılaşdırılır

Bakı, 13 iyun, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının işlər idarəsi və Azad Həmkarlar İttifaqının (AHİ) birgə toplantısı keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Mərkəzi Elmi Kitabxanada keçirilən tədbiri AHİ-nin sədri, hüquq üzrə elmlər doktoru Habil Qurbanov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Müzakirə olunacaq mövzular barədə məlumat verən Habil Qurbanov AMEA əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlərin həyata keçirildiyini bildirib.

Toplantıda işlər idarəsinin müdir müavini Sərdar Əliyev akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən bəhs edib. AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin balansından akademiya əməkdaşlarının təsərrüfat fəaliyyəti üçün torpaq sahəsi ayrıldığını bildirən S.Əliyev bu məqsədlə xüsusi komissiya yaradıldığını, ərazidə xəritələmə və sahə bölgüsü, eləcə də torpaq sahəsinə qədər olan yollarda təmir işləri aparıldığını söyləyib. Akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün nəzərdə tutulan torpaq sahələrinin bölgüsünün müraciətlər əsasında aparıldığını deyən idarə rəsmisi torpağın iki il müddətinə verildiyini və səmərəli istifadə ediləcəyi təqdirdə müqavilə müddətinin uzadılacağının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.