ELM VƏ TƏHSİL


AMEA-nın əsas binası yenidən dezinfeksiya edilib

Bakı, 5 iyun, AZƏRTAC 

Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yarada biləcəyi təhlükələrin qarşısını almaq məqsədilə ölkəmizdə dövlət orqanları tərəfindən kompleks tədbirlər icra olunur.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mayın 31-dən etibarən dövlət müəssisələrində çalışan işçilərin sayı ilə bağlı məhdudiyyət ləğv edildiyindən AMEA-da da bütün əməkdaşların işə davamiyyəti iyunun 1-dən bərpa olunub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademiyanın fəaliyyəti tam bərpa edildikdən sonra qurumun əsas binasının iş və laboratoriya otaqları yenidən dezinfeksiya olunub, işə çıxan əməkdaşlar maska, spirt və digər qoruyucu vasitələrlə təmin ediliblər.

Bununla yanaşı, əməkdaşlar arasında laboratoriyalarda sosial məsafənin saxlanılması tələblərinə riayət etmələri barədə maarifləndirmə işləri aparılıb.

Xatırladaq ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında sərəncamına uyğun olaraq, AMEA-da mütəmadi olaraq sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.