ELM VƏ TƏHSİL
AMEA-nın gənc alim və mütəxəssislərinin VII institutlararası futbol çempionatının həlledici görüşləri olacaq
Bakı, 17 may, AZƏRTAC
Mayın 18-də AMEA-nın Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən akademiyanın gənc alim və mütəxəssislərinin VII institutlararası futbol çempionatının həlledici görüşləri olacaq.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, çempionatda İnformasiya Texnologiyaları İnstitutu ilə Geologiya və Geofizika İnstitutunun futbol komandaları 3-cü yer uğrunda mübarizə aparacaqlar. AMEA-nın Rəyasət Heyəti ilə İqtisadiyyat İnstitutunun futbol komandaları qızıl medallar uğrunda üz-üzə gələcəklər. Çempionatın sonunda AMEA-nın gənc alim və mütəxəssislərinin VII institutlararası futbol çempionatının mükafatlandırma mərasimi keçiriləcək.