ELM VƏ TƏHSİL


AMEA-nın gənc alim və mütəxəssislərinin VI futbol çempionatının qalibləri mükafatlandırılıb

Bakı, 15 may, AZƏRTAC 

Mayın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, bu qurumun işlər idarəsi və Azad Həmkarlar İttifaqının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən AMEA-nın gənc alim və mütəxəssislərinin VI futbol çempionatının final oyunu və mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə çempionatın III yeri uğrunda mübarizə aparan AMEA Neft-Kimya Prosesləri və Fizika institutlarının komandaları qarşılaşıblar. Oyunda Fizika İnstitutunun komandası qələbə qazanaraq adını mükafatçılar sırasına yazıb.

Sonra çempionatın əsas qalibini müəyyənləşdirmək üçün Geologiya və Geofizika İnstitutu ilə İqtisadiyyat İnstitutunun komandaları arasında oyun keçirilib. Gərgin mübarizə şəraitində keçən oyunda İqtisadiyyat İnstitutunun komandası qalib olub.

Mükafatlandırma mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev altıncı dəfə keçirilən və Ulu Öndərin xatirəsinə həsr olunan çempionatın əhəmiyyətindən və Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Akademik budəfəki çempionatda da AMEA-nın müxtəlif institut və təşkilatlarını təmsil edən komandaların maraqlı oyun nümayiş etdirdiklərini söyləyib və qalibləri təbrik edib.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov göstərilən dəstəyə görə AMEA-nın rəhbərliyinə, işlər idarəsi və Azad Həmkarlar İttifaqına minnətdarlığını bildirib.

Sonra qaliblər mükafatlandırılıb.

Çempionatın qalibi olan AMEA-nın İqtisadiyyat İnstitutunun komandasına qızıl, ikinci yerin sahibi Geologiya və Geofizika İnstitutunun komandasına gümüş, üçüncü yeri tutan Fizika İnstitutunun komandasına isə bürünc medal təqdim olunub. Qalib komandaların üzvlərinə, həmçinin diplom və pul mükafatları verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.