ELM VƏ TƏHSİL
AMEA-nın magistrantı: Ölkəmizdə elmə, təhsilə göstərilən diqqət gəncləri çox sevindirir
Bakı, 17 sentyabr, AZƏRTAC
Ölkəmizdə elmə, təhsilə xüsusi önəm verilir. Bu sahəyə göstərilən diqqət biz gəncləri çox sevindirir.
Bu fikirləri “ADA” Universitetinin məzunu, bu il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul olunmuş Samir Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib.
S.Məmmədov magistraturaya yüksək balla qəbul olunub.
Sevincini bölüşən gənc deyib: “Hələ bakalavriat pilləsində təhsil alarkən arzum akademiyanın magistraturasına qəbul olunmaq, elmi fəaliyyətlə məşğul olmaq idi. Çox şadam ki, artıq arzuma çatmışam, magistraturaya qəbul olunmuşam. Təhsilimi AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda intellektual sistemlər ixtisası üzrə davam etdirəcəyəm”.
S.Məmmədov qeyd edib ki, akademiyanın magistraturasında təhsil almaq üçün geniş imkanlar yaradıldığını bildirib: “Təhsilimi uğurla davam etdirməklə çalışacağam ki, gələcəkdə elmə öz töhfələrimi verim”.