ELM VƏ TƏHSİL
AMEA-nın magistrantları fəlsəfədən imtahan veriblər
Bakı, 18 iyun, AZƏRTAC
İyunun 18-də AMEA-nın I kurs magistrantları İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində “Fəlsəfənin əsasları” fənnindən imtahan veriblər. İmtahanlarda AMEA-nın institutlarından ümumilikdə 64 nəfər iştirak edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, “Psixologiya” fənnindən imtahan iyunun 13-də keçirilib. “Pedoqogika” fənnindən imtahan isə iyunun 21-də olacaq.
Qeyd edək ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 2015-ci il 10 sentyabr tarixli sərəncamına əsasən, akademiyanın magistratura pilləsinə qəbul olmuş bütün magistrantlara ümumi fənlər üzrə dərslərin tədrisi və imtahanların təşkili İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilib. İnstitutun Tədris-İnnovasiya Mərkəzində keçirilən imtahanlar mərkəzləşdirilmiş qaydada elektron test üsulu ilə aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]