ELM VƏ TƏHSİL


AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci pilləsinə hazırlıq aparılır

Bakı, 6 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanının ikinci pilləsinə hazırlıq məqsədilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində 14-cü proqram (kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, kompüter elmləri ixtisasları) üzrə Bakı Dövlət Universitetinin tələbələri üçün təlim keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlimdə verilənlərin strukturu və alqoritmlər, əməliyyat sistemləri, proqramlaşdırmanın əsasları, proqram təminatı, informasiya sistemləri və verilənlər bazası, informasiya təhlükəsizliyi və 14-cü proqrama daxil olan digər mövzular barədə məlumat verilib.

Məruzə ətrafında müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, respublika üzrə doktorant və dissertantlara informatika fənninin tədrisi və bu fəndən doktorluq imtahanının qəbulu, AMEA-nın magistraturasında təhsil alan tələbələrə ümumi fənlərin tədrisi, informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə distant kursların, seminar və konfransların təşkili, magistraturaya və dövlət qulluğuna hazırlıq kurslarının təşkili, eləcə də informasiya texnologiyaları sahəsində bilik və bacarıqların yüksəldilməsi məqsədinə xidmət edən müxtəlif innovativ layihələrin həyata keçirilməsi mərkəzin əsas fəaliyyət istiqamətləri sırasına daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.