ELM VƏ TƏHSİL


“AMEA-nın məruzələri” jurnalının redaksiya heyətinin yeni tərkibi təsdiq edilib

Bakı, 29 iyul, AZƏRTAC

“AMEA-nın məruzələri” jurnalının fəaliyyətinin müasir dövrün elmi-kütləvi nəşr tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə jurnalın redaksiya heyətinin tərkibində dəyişiklik edilməsi zərurəti yaranıb.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, Rəyasət Heyəti tərəfindən 2020-ci il iyulun 16-da “AMEA-nın məruzələri” jurnalının redaksiya heyəti haqqında” qərar qəbul olunub. Qərara əsasən, jurnalın redaksiya heyətinin tərkibi təsdiq edilib. Jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, baş redaktorun müavinləri - AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, redaksiya heyətinin üzvləri isə AMEA-nın vitse-prezidentləri, akademiklər – Tofiq Nağıyev, Nərgiz Paşayeva, Dilqəm Tağıyev, Rasim Əliquliyev və İradə Hüseynova təsdiq olunub.

Jurnalın redaksiya heyətində AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov, Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev yer alıb. AMEA-nın akademik-katibinin xidmətində elmi katib Gülarə Hacıyeva isə nəşrin məsul katibi olub.

Sənəddə jurnalın ildə dörd dəfə olmaqla Azərbaycan, rus və ingilis dillərində nəşr edilməsi bildirilib. Jurnalda mühüm elmi tədqiqatlar və onların nəticələri haqqında məqalələrin dərc olunması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.