ELM VƏ TƏHSİL


AMEA-nın müxbir üzvü İslam Mustafayev AEBA-nın 66-cı sessiyasında iştirak edib

Bakı, 3 oktyabr, AZƏRTAC

Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Assambleyasının 66-cı sessiyasında iştirak edib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd olunub ki, Avstriyanın Vyana şəhərində keçirilən sessiyada ölkəmizi, həmçinin Azərbaycan Respublikası Xarici İşlər, Fövqəladə Hallar və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin nümayəndələri təmsil ediblər.

Tədbirdə AEBA-nın üzvü olan ölkələr il ərzində atom enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində görülən işlər, o cümlədən həyata keçirilən layihələr haqqında məlumat veriblər. Sessiyada çıxış edən Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasının işinin 2036-cı ilədək uzadılması haqqında plana qarşı etirazını bildirib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin iştirakı ilə AEBA-nın Texniki Əməkdaşlıq Proqramı çərçivəsində ölkəmizdə həyata keçirilən layihələr, eləcə də qarşıdakı illərdə bu əməkdaşlığın genişləndirilməsi planları müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.