REGİONLAR


AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev beynəlxalq konfransda iştirak edib

Naxçıvan, 16 noyabr, AZƏRTAC

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Fransanın Lion şəhərində keçirilən “Keçid dövrü: Neolit dövründən Dəmir dövrünədək miqrasiya, yenilik, ətraf mühitin dəyişməsi” mövzusunda beynəlxalq onlayn konfransda iştirak edib.

Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, üç gün davam edən beynəlxalq tədbirdə Vəli Baxşəliyev “Naxçıvanın Erkən Eneolit mədəniyyətinin formalaşmasında pastoral həyat tərzinin rolu” mövzusunda məruzə ilə çıxış edib.

Tarixçi-alimin çıxışı maraqla qarşılanıb, məruzə ətrafında müzakirələr aparılıb, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Konfransda Naxçıvanda aparılan tədqiqatlarla bağlı Beynəlxalq Azərbaycan-Fransa Arxeoloji ekspedisiyasının üzvləri Katerine Marro, Mariya Oranj, Remi Berton, Nikolas Gailhard da məruzələrlə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.