ELM VƏ TƏHSİL


AMEA-nın müxbir üzvü Zeynal Əkpərov: “Narın Canlı Təbiət Muzeyi”nin yaradılmasına zərurət var

Bakı, 2 noyabr, AZƏRTAC

“Narın Canlı Təbiət Muzeyi”nin yaradılmasına zərurət var.

AZƏRTAC xəbər verir ki, bu sözləri Genetik Ehtiyatlar İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Zeynal Əkpərov Göyçay şəhərində “Nar bitkisi və məhsullarının multidissiplinar problemləri” mövzusunda keçirilən respublika elmi-praktiki konfransında deyib.

Alim bildirib ki, narın zəngin genetik müxtəlifliyinin cəmləşdiyi, onun üçün tam əlverişli olan geniş ərazidə bu bitkinin yerli və introduksiya sort və formalarının toplanıldığı “Narın Canlı Təbiət Muzeyi”nin – milli genofond bağının yaradılmasına zərurət var. Burada canlı kolleksiyalarla yanaşı, narla bağlı bütün mövcud olan maddi-mədəniyyət nümunələri nümayiş etdirilə bilər. Bu canlı muzey nara aid bütün nailiyyətlərin sərgisi olmaqla yanaşı, onun təbliği, gənc tədqiqatçılar, həvəskar bağbanlar və fermerlər üçün təlim, yerli və xarici qonaqlar, turistlər üçün aqroturizm və istirahət mərkəzi kimi də fəaliyyət göstərə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.